lot 1 - Bakı şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirməsi işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Tbilisi prospekti 57D (Əlaqələndirici şəxs :Məmmədxanova Emma, telefon :(+99421) 431-87-03; 431-87-69) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 250 manat
Hesab: | AZ29CTRE00000000000005728225 |
VÖEN | 1400305341 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | CTRE AZ 22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: 3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən 90 bank günü qüvvədə olmalıdır); 4. Tender təklifi dəyərinin 2% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 8. Tender iştirakçının (iddiaçıların) son 3 (üç) ildə yerinə yetirdikləri analoji işlərinin dəyəri tender predmetinin qiymətinə müvafiq olmalıdır; 9. İddiaçının müvafiq tikinti işlərinin görülməsinə olan xüsusi icazə (lisenziya)sənədinin surəti; 10. iddiaçının mülkiyyətində olan maşın, mexanizm və avadanlıqların növü və xüsusiyyətləri haqqında arayış; 11. İddiaçının ixtisas gşstəriciləri haqqında məlumat. Qeyd: 6-cı və 9-cu punktlar elanımızdan çıxarilmalıdır