Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin rejiminin tətbiqi avqustun 31-dən sonra da davam edəcək.
Eləcə də bax: Azərbaycanda xüsusi karantin rejimi - Sentyabrın 30-dək Uzadıldı
FED.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, qeyd olunan ərazilərdə yoluxma halları yüksək olduğu üçün bəzi məhdudiyyətlər tətbiq olunaq.
Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları isə 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.