“AzerGold” QSC
Hüquqi təhlil və analiz sektorunun müdiri
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan milli qanunvericiliyi (xüsusilə yerin təkindən istifadə, mədənçilik, torpaq qanunvericiliyi və ətraf mühitin mühafizəsi) üzrə dərin biliklərə malik olmalı;
• Dövlət qurumları ilə danışıqların aparılması, mübahisəli vəziyyətlərin idarəedilməsi üzrə təcrübəyə malik olmalı;
• Azərbaycan qanunvericiliyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyalar kontekstində effektiv şərh və tətbiqetmə vərdişlərinə malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Microsoft Office və digər proqramları.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali hüquq təhsili.
• Hüquqi təhlil ilə əlaqəli istiqamət üzrə (elmi tədqiqatalar, araşdırmalar) minimum 4 il iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Hüquqi təhlil və analiz sektorunun müdiri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.