Universal poçt rabitəsi xidmətlərinin tarifləri müəyyənləşib.
FED.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar imzalayıb.
Kollegiya Universal poçt rabitəsi xidmətləri üzrə tarifləri təsdiq edib.
Hüquq şöbəsinə bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.
Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.