Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.
FED.az xəbər verir ki, hüquqşünas Xəyal Bəşirov sözügedən fərmanı şərh edib. Onun sözlərinə görə, bu fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.
Fərmanda məhkəmə hakimiyyətinin toxunulmazlığı və şəffaflığı, məhkəmələrdə çəkişmə prinsipinin qorunması, məhkəmə hakimlərinin qeyri-professional münasibətlərə girməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi əks olunub.
Eləcə də bax: “Hakim bilməlidir ki, rüşvət alsa, azı 15 il, hətta ömürlük həbsə gedəcək”
O, məhkəmə proseslərinin audio və videoyazılarının həyata keçirilməsi və məhkəmə protokollarının həmin audio və videoyazıya uyğun tərtib olunması ilə bağlı tədbirlərin fərmanda qeyd olunduğunu deyib.
Qeyd edək ki, bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.