“Azərbaycan İpoteka Fondu” ASC (AİF) informasiya texnologiyalarına dair avadanlıqların satın alınması ilə bağlı açıq tender elan edib. Tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 8-nə qədər, tender təklif və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 22-nə qədər AİF-in Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanındakı ofisinə təqdim etməlidirlər (tel.: (012) 441-24-23, daxili 133).
Təkliflərə noyabrın 23-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Tenderdə müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. İşin icra müddəti satınalma müqaviləsi imzalandıqdan sonra 20 gündür.