“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) istifadəsində olan “Epson” markalı qurğuların sərfiyyat materialları ilə təmin edilməsi və davamlı texniki servis xidmətlərinin satınalınması məqsədilə keçirilən açıq tender “Dövlət satınalmaları haqqında” qanunun 11.1 maddəsinə uyğun olaraq baş tutmamış hesab edilir.
FED.az xəbər verir ki, bu barədə Tender komissiyasının yaydığı elanda deyilir.
Tenderin davamından da imtina edilir.