Rusiyanın Surqut vilayətinin deputatı Yevgeni Barsovun sərvəti əhalini təəccübləndirib.
Eləcə də bax: «Nobel Oyl» şirkətinin rəhbəri – HƏBS EDİLDİ
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ənənəvi illik gəlir və sərvət bəyannaməsi açıqlanarkən məlum olub ki, Surqutdan olan deputatın 26 mənzili, 10 təyyarəsi, hətta bir qaz boru kəməri var. Bundan başqa, deputatın fərdi evi, 3 avtomobil dayanacağı və ekskavatorunun olduğu da ortaya çıxıb.
Ümumilikdə deputat bəyan edib ki, 2019-cu ildə 72 milyon rubl, yəni təqribən 1 milyon dollar qazanıb. Əslində Barsovun varidatının belə böyük olması onun əvvəllər bizneslə məşğul olması ilə bağlıdır. Belə ki, o deputatlıqdan əvvəl idman aviasiya assosiasiyasının rəhbəri olub, eləcə də 25 il bizneslə məşğul olaraq «Surqutstroytrest» şirkətinə rəhbərlik edib.
Ümumiyyətlə Rusiyada vilayət parlamentlərinin deputatlarınən gəlir bəyannamələrində maraqlı rəqəmlər az deyil. Bir qədər əvvəl Sverdlovskdan olan deputat İlya Qaffner bildirmişdi ki, 2019-cu ildə cəmi 4 qəpik qazanıb.