“Transparency International Georgia” nın qiymətləndirmələrinə görə, Rusiya ilə münasibətlərin kəskinləşməsi Gürcüstanın ilk növbədə turizm sektoruna təsir göstərəcək.
FED.az Banker.az-a istinadən xəbər verir ki, ölkə 100 milyon dollara qədər ziyana gedə bilər.
Eləcə bax: Rusiya ilə münasibətlərin pisləşməsindən Gürcüstana dəyəcək zərər - MƏLUM OLUB
Belə olduğu halda, itkilərin Avropa turistləri hesabına kompensasiya edilməsi proqnozlaşdırılır.
“Biz digər sahələri aktivləşdirməliyik. Əvvəllər turizm departamentinin əsas fəaliyyət istiqaməti Rusiya idi – bu sahədə reklamlarımız çox olub. İndi isə bu resurs digər ölkələr üzrə paylanılmalıdır”, – deyə ölkənin iqtisadçısı Namçavadze bildirib.
Rusiyadan Gürcüstana olan hava uçuşlarının qadağan edilməsi nəticəsində, 2019-cu ildə Gürcüstan 150 min turist itirəcək.
25 min turist yeni qadağa ilə əlaqədar olaraq Rusiyaya geri qayıtmalı olacaq.