Ermənistanın hərbi büdcəsindən 130 milyon dolları ona görə xərclədilər ki, Nikol Paşinyan 2 dəfə selfi çəksin.
Eləcə də bax: Paşinyan Qarabağda baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü
FED.az xəbər verir ki, bu sözləri Ermənistanın hüquq müdafiəçisi Aqasi Yenokyan öz Feysbuk səhifəsində yazıb.
O bildirib ki, 130 milyon dollar xərcləyərək 2 ədəd Su-30 hərbi təyyarəsi aldılar: "Lakin bu təyyarələr xarab çıxdı və işə yaramadı. Deməli, bu təyyarələr ona görə alınmışdı ki, baş nazir Nikol Paşinyan onlardan birinə minib selfi çəkdirsin".
Hüquq müdafiəçisi onu da nəzərə çatdırıb ki, Ermənistan oliqarxlarının evlərinin qiyməti 3 milyon dollardan az deyil. Qoy onlar evlərini satıb normal silah alsınlar. (TED)