Azərbaycanın qablaşdırılmış kənd təsərrüfatı məhsulları xarici bazarlara yeni marka ilə çıxarılacaq.
FED.az xəbər verir ki, bu barədə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib.
Eləcə də bax: IFC Azərbaycanda KLARA adlı yeni platforma - TƏQDİM EDİB
ASC-nin İdarə Heyətinin sədri qeyd edib ki, hazırda səhmdar cəmiyyət MDB dövlətləri ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Türkiyəyə məhsullar ixrac edir. Buraya meyvə və giləmeyvə, quşçuluq məhsulları daxildir.
Leyla Məmmədova deyib: “İlkin olaraq biz “Kənddən Şəhərə” markasını yaratdıq. Bu markanın əsas hədəf kütləsi daxili bazar idi. Bizim üçün eksperimental layihə idi və uğurlu alındı. Hazırda həmin layihəni genişləndirərək xarici bazarı hədəfləyən yeni marka yaradılıb. Bu marka barədə uzun müddət araşdırmalar aparmışıq. İstəyirik ki, yeni marka Azərbaycanı xaricdə daha yaxşı tanıtsın, asan yadda qalsın. Bu ilin sonu, gələn ilin əvvəlində onun təqdimatını keçirəcəyik. Ondan sonra Azərbaycanın qablaşdırılmış kənd təsərrüfatı məhsullarını xaricə yeni marka altında ixrac edəcəyik”.
"Azərtac"