2023-cü ildə süni kirpiklər və pariklərin ixracı Şimali Koreya Xalq Demokratik Respublikasının iqtisadiyyatına 167 milyon dollar qazandırıb.
Koreyalı investor Azərbaycanda bəzi startaplara - YATIRIM EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə "Reuters" Çin gömrük məlumatlarına istinadən bildirir.
Qeyd edilib ki, 2023-cü ildə bu ixrac malları Şimali Koreya Xalq Demokratik Respublikasının Çin Xalq Respublikasına ixrac etdiyi malların ümumi həcminin təxminən 60%-ni təşkil edib.
COVID-19 pandemiyası səbəbindən Şimali Koreyadan Çinə ixrac müvəqqəti olaraq dayandırılmışdı və keçən il yenidən bərpa edilib. Bu müddət ərzində Şimali Koreya məhsullarına tələbat və qiymətlər bir neçə dəfə artıb. Əgər 2019-cu ildə Şimali Koreyadan kirpik, saqqal və parik ixracının həcmi 1680 ton (pul ifadəsində 31 milyon dollar) təşkil edirdisə, 2023-cü ildə Pxenyan bu məhsulların 1829 tonu üçün 5,5 dəfə çox gəlir əldə edib.
Bu kateqoriyaya aid mallar ciddi sanksiya məhdudiyyətləri altında Şimali Koreya üçün əhəmiyyətli valyuta gəliri mənbəyidir. Nəşrin məlumatına görə, onlar Çində son emal və qablaşdırmadan keçirlir, bundan sonra “Made in China” etiketi ilə bütün dünyada satılır. (Marja)