Bu il də bir neçə startapa yatırım etməyi planlaşdırırıq.
Azərbaycan startapları üçün - YENİ İNVESTORLAR TAPILIB - GÖRÜŞ
Azərbaycanlının həmtəsisçisi olduğu startap 14.4 milyon dollar investisiya - CƏLB EDİB
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən “Bakı İnvestisiya Günü” çərçivəsində Koreyalı investor Mın Lyou deyib.
“Koreyadan bu tədbirə qatılmaq üçün gəlmişəm. Burada tanış olduğum startaplar çox maraqlıdır. Bəzi startapları artıq qeyd etmişik. Ötən ildə bu tədbirdə iştirak etmişik və təhsilə dair “Schoolplus” startap tərəfimizdən seçilmişdi.
Bu startap Azərbaycan, Türkiyə və digər dövlətlərdə şagirdlərə necə səmərəli dərs keçirilməsinə həsr olunub. “Schoolplus” adlı startap Koreyada təcrübə proqramına da qatılmışdı və biz tərəfimizdən yatırım edilmişdi”, - deyə koreyalı qonaq deyib (Azertag).