19 dekabr 2019-cu il saat 15.00-da “Səba” ASC səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: “Expressbank”ın səhmdarlarının – PAY BÖLGÜSÜ DƏYİŞİB
FED.az xəbər verir ki, yığıncaqda səhmdar cəmiyyətin nizamnaməsində 5-ci redaksiyada dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması barədə, səhmdar cəmiyyətin müşahidə şurası barədə, səhmdar cəmiyyətin idarə heyəti barədə, səhmdar cəmiyyətin bankdan kredit götürməsi üçün müraciət edilməsi barədə, cəmiyyətin səhmdar kapitalı haqqında, səhmdar cəmiyyətin yeni törəmə şirkətinin yaradılması barədə və digər məsələlər müzakirə ediləcək.
Ünvan- Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “Səba” ASC-nin inzibati binası.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Əlaqə telefonu - (012) 448-16-01.