Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
Eləcə də bax: Almaniya şirkəti Azərbaycana koronavirus testləri - İXRAC ETMƏK NİYYƏTİNDƏDİR
FED.az xəbər verir ki, AZPROMO-dan bildirilib ki, Rusiya Federasiyasının “Korporasiya Rosximzaşita” Səhmdar Cəmiyyəti koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə istifadə olunan fərdi qoruyucu vasitələrin satışı ilə əlaqədar əməkdaşlıq təklif edir. Əməkdaşlıqda maraqlı olanlar AZPROMO ilə əlaqə saxlaya bilərlər.