25.08.2024-cü il tarixdə saat 15:00-da "Lənkəran Məişət -Təmir" ASC-nin səhmdarların növbədənkənar iclası keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Lənkəran şəhəri, Koreoğlu küçəsi ev.104 ünvanında baş tutacaq
Gündəlikdə duran məsələlər:
1."Lənkəran Məişət -Təmir" ASC-nin sədrinin seçilməsi.
2.Səlahiyyətli şəxsin təyin edilməsi.
Xatırladaq ki, Lənkəran Məişət-Təmir ASC 8 iyul 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 81 min 528 manatdır və qanuni təmsilçisi Əsmər Nəriman qızı Axundovadır.