2023-cü ilin yanvar-dekabr aylarında "AzerGold" QSC 123,6 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə 12 milyon dollar və ya 10,8 çoxdur.
Qeyd edək ki, 2022-ci ilin 12 ayı ərzində "AzerGold" QSC 111,6 milyon dollar dəyərində məhsul ixrac edib.