2023-cü ilin yanvar-dekabr aylarında "Azərenerji" ATSC 401,5 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə 336,5 milyon dollar və ya 6,2 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin 12 ayı ərzində "Azərenerji" ATSC 65 milyon dollar dəyərində məhsul ixrac edib.