Özbəkistan prezidenti Şövkət Mirzoyevin imzaladığı əmrə uyğun olaraq farmasevt sahəsinin inkişafı məqsədi ilə yeni tədbirlər görülür.
FED.az xəbər verir ki, bu ölkədə azad iqtisadi zonada aktual problemlərin həlli məqsədilə Nukus-farm, Zomin-farm, Kosonsoy- farm, Sırdərya-farm, Parkent-farm kimi müəssisələr yaradılmışdır. Bu haqda repost.uz saytı məlumat verir.
Şövkət Mirzoyevin imzaladığa əmrə uyğun olaraq 2018-ci ilin dekabrın 1-dən etibarən internet şəbəkəsində apteklər yaradılacaqdır. Bununlada Özbəkistan əhalisi internetdə real zaman rejimində, onlayn rejimində tibb mallarını və dərman preparatlarını əldə edə biləcəklər. Bundan əlavə dekabrın 1-nə kimi bu məqsədlə xüsusi mobil əlavə(application) işlənib hazırlanacaqdır. Bununlada Özbəkistan “rəqəmsal səhiyyə”yə keçiddə növbəti uğura imza atmaq niyyətindədir. Düşünürəm ki, Azərbaycandada əhaliyə daha keyfiyyətli səhiyyə xidmətləri, insanların daha keyfiyyətli dərman preparatları ilə təmin olunması məqsədilə dünyada gedən tendensiyaya uyğun rəqəmsal səhiyyə dövlət proqramı hazırlanmalıdır. Bunu zaman diktə edir.
@digitalazerbaijan.az