İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayı açıqlanıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (33,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Xurma 26,4 milyon dollarlıq ixracla dördüncü, meşə fındığı 22,4 milyon dollarlıq ixracla 5-ci, olub.
2024-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıcq mahlıcı (23 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (13,4 milyon ABŞ dolları) ikinci və ilkin formalı propilen sopolimerləri (13,2 milyon ABŞ dolları) üçüncü olub.
Siyahıda 12,3 milyon dollarlıq meşə fındığı dördüncü, 10,6 milyon dollarlıq ixracla karbamid ixracı 5-ci, 9,3 milyon dollarlıq ixracla xurma 6-cı olub.