İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayı açıqlanıb,
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-fevral ayları ərzində yeyinti məhsulları üzrə ixrac 137,1 milyon ABŞ dollarına bərabər olub.
2024-cü ilin ilk 2 ayı ərzində qara metalların ixracı 46,4%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 29,7%, pambıq ixracı 29,3%, meyvə-tərəvəz ixracı isə 24,6% artıb.
2024-cü ilin yanvar-fevral ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9% artaraq 145,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 36,6 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (33,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin yanvar-fevral ayları ərzində Rusiya Federasiyasına 154,4 milyon ABŞ dolları, Türkiyəyə 97,3 milyon ABŞ dolları, Gürcüstana 42,9 milyon ABŞ dolları, Ukraynaya 18,2 milyon ABŞ dolları, Qırğızıstana isə 18,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin fevral ayının qeyri-neft ixracı 233 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 25% artımla 66,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 166,3 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (78,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (49,7 milyon ABŞ dolları) ikinci və Gürcüstan (17,8 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (23 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (13,4 milyon ABŞ dolları) ikinci və ilkin formalı propilen sopolimerləri (13,2 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 59,3 milyon ABŞ dolları, mart ayında isə 25 milyon ABŞ dolları olub.
2024-cü ilin yanvar-fevral ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “My Fruit” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “Soil Boons” MMC, “STP Global Cable” MMC, “Technopack” MMC, “Ümüd 059” MMC, “Mors Trading” MMC, “Gözəl Təbiət” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR “Dövlət Energetika Xidməti” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. 2024-cü ilin fevral ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2024-cü ilin yanvar-fevral ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 886,1 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 650,3 min ABŞ dolları ilə Lüksemburq, 219,1 min ABŞ dolları ilə BƏƏ, 139,1 min ABŞ dolları ilə Pakistan və 135,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.
2024-cü ilin yanvar-fevral aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 372,2 milyon manat, yalnız fevral ayında isə 184,3 milyon manat dəyərində əməliyyat aparılıb.