Sentyabrın 12-si JW Marriott Absheron Baku Otelində F1 yarışının Aston Martin komandasının "Welcome Party"-si keçirilib
Göygöl Şərab Zavodu da bu möhtəşəm tədbirdə iştirak edərək müasir texnologiya ilə hazırlanmış yüksək keyfiyyətli təbii tərkibə malik Karabakh şərabları, Xan X.O. konyakı və Xan 1860 arağı təqdim edib. Tədbirin yerli və xarici qonaqlarına həm şərabların zəngin dadından həzz almaq imkanı yaradılmış, həm də xüsusi olaraq zavodun şərab üzrə italyan mütəxəssisi Alberto Tomasin tərəfindən şərabların tərbiki, şərabçılıq estetikası və müxtəlif yeməklər üçün ideal şərab seçiminin incəlikləri, həm də məhsulların istehsal prosesi haqqında ətraflı məlumat təqdim edilib.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın qədim və böyük spirtli içki istehsal edən müəssisələrindən biridir. Əsası 1860-cı ildə şvabinq almanları tərəfindən qoyulmuş zavod bü gün “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanıb