Azərbaycanda sahibkarların əldə etdikləri vəsaitləri bankdakı VÖEN hesabından çıxarılması ilə bağlı növbəti problem qeydə alınıb.
Vüqar Oruc: “AQC yeni dövrə çox ciddi şəkildə hazırlaşır və sektora mühüm yeniliklər gətirəcəyik”
FED.az xatırladar ki, Azərbaycanda sahibkarların sahibkarlıq məqsədilə bankda açılmış hesabdan (VÖEN hesabı da adlanır) vəsaitlərin çıxarılması və ya istifadəsinə bəzi məhdudiyyətlər mövcuddur.
Dövlət qurumuna xidmət göstərdi, pulu bankdan çıxarmağa qadağa qoyuldu
Bu dəfə isə sahibkarın biznes zamanı dövlət qurumundan aldığı vəsaiti bank hesabından çıxarmasında problem yaranıb. Yerli turizm şirkətlərindən birinin nümayəndəsi Hüseyn Həsənov bildirir ki, bir neçə ay əvvəl əvvəl dövlət qurumlarından birindən işçilərin istirahəti üçün 2 günlük tur sifarişi alıblar. Şirkət turu təşkil edib, lazımi xidməti göstərib və həmin dövlət qurumu xidmətin haqqını köçürmə yolu ilə şirkətə ödəyib.
Turizm şirkəti bu vəsaitdən olan qazancını hesabdan çıxarmaq istədikdə isə problem yaranıb. Bankdan bildirilib ki, vəsait dövlət şirkətindən ödənildiyi üçün onu nağdlaşdırmaq olmaz, həmin vəsaiti yalnız hansısa alışlar üçün köçürmə yolu ilə istifadə etmək olar.
«Bu o deməkdir ki, biz artıq dövlət müəssisələri ilə işləməyək?»
«Mən özüm sahibkarlıq fəaliyyəti ilə qazandığım vəsaiti dövlət şirkətinin köçürməsi olduğuna görə nə üçün hesabımdan çıxara bilməməliyəm, nə üçün belə olmalıdır? Bu o deməkdir ki, biz artıq dövlət müəssisələri ilə işləməyək?» - deyə sahibkar sual edir.
Sahibkar bildirir ki, məsələ banklarda deyil, belə çıxır ki, banklara tapşırıq veriblər ki, dövlət müəssisələrindən gələn pulu nağdlaşdıra bilməz: «Bəlkə mən həmin pulu köçürmə ilə deyil, nağd xərcləaək istəyirəm? Onda necə olacaq?».
Qanun deyir ki, bu pulu nağd xərcləmək olmaz
Bununla bağlı yaranan sualaMərkəzi Bankdan bildirilib ki, bu məhdudiyyətin səbəbi «Nağdsız hesablaşmalar haqqında» qanunun tələbidir. Belə ki, qanunun 3.4-cü maddəsinə əsasən, bir sıra hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir.
Bura - dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitlərin istəfadəsi və xərclənməsi də aiddir.
FED.az xəbər verir ki, qanunda həmin maddə belə göstərilib:
Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar
Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:
Maddə 3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
Amma bankdakı pulu nağd çıxarmaq olar – qanun buna da icazə verir
Bununla yanaşı, ekspertlər bildirir ki, «Nağdsız hesablaşmalar haqqında» qanunun tələbi və tətbiq edilən məhdudiyyət həmin vəsaitin nağd şəkildə xərclənməsinə aiddir.
Sahibkar isə həmin pulu hesabından başqa məqsədlə, məsələn, kassasında saxlamaq üçün çıxara bilər. Vergi məsələləri üzrə ekspiert, mütəxəssis Anar Bayramov belə vəziyyətlə bağlı FED.az-ın suallarını cavablandıranda bildirib ki, sahibkarların öz pullarını bank hesabından çıxaranda çətinliklə üzləşməsi praktikada tez-tez rastlaşılan hallardan biridir.
«Əvvəla vurğulayım ki, «Nağdsız hesablaşmalar haqqında» qanun 3.4-cü maddəsində əməliyyatların, ödəmələrin nağdsız qaydada olması barədə tələb və müvafyiq siyahı var. Burada tələb edilir ki, tur agentliklərinə ödəmələrin edilməsi, dövlət büdcəsində vergilərin köçürülməsi, təhsil haqqlarının köçürülməsi, sığorta haqqlarının köçürülməsi, və s. və ilaxır mütləq nağdsız qaydada həyata keçirməlidir. Bu siyahıda göstərilən hallardan biri də dövlət satınalması müqavilələri üzrə, yəni dövlət qurumlarına xidmət göstərilməsi müqabilində gələn vəsaitin istifadəsi və xərclənməsinə də aiddir. Yəni bu vəsaitlərin xərclənməsi də mütləq nağdsız qaydada olmalıdır».
Məhdudiyyət xərcləməyə aiddir, pulu çıxarmağa aid deyil
Amma sahibkarın bankdakı öz hesabından pulu nağd şəkildə çıxarması ilə bağlı məhdudiyyət qoyulmayib: «Hesabdakı vəsaitin xərclənməsi ilə bağlı tələblər bunlardan ibarətdir, amma banklardan pulların nağd şəkildə çəkilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb» - deyə ekspert bildirir.
«Yəni, bir müştərinin gedib banka yaxınlaşıb, orada olan vəsaitini nağdlaşdırmaq ilə bağlı qanunvericilikdə hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Əvvəllər hesabdan pul çıxarılması ilə bağlı 15 mi və ya 30 min manatdək limit nəzərdə tutulurdu. Amma qaydalar dəyişdirilib yəni, bununla da bağlı bankda qanunla hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb» - deyə Anar Bayramov vəziyyəti izah edir.
Bankın özündən məhdudiyyət tətbiq etməyə səlahiyyəti yoxdur
Onun sözlərinə görə, bankların hesabdakı pulun çıxışına qadağa qoyması ilə bağlı səlahiyyəti yoxdur: «Banklar şərti belə qoyurlar ki, sən bu pulu məndən nağdlaşdırıb nə edəcəksən, bunu xərcləyə bilməzsən. Amma halbuki, bankın belə bir tələb qoymaq ixtiyarı yoxdur. Birinci, bu məsələ bankın vəzifəsi, öhdəliyinə aid deyil, və bank nəzarət qurumu deyil. Ödəyici bəlkə o pulu çıcarıb sadəcə özündə öz kassasında saxlamaq istəyir?!».
«Sahibkaram, banka etibar etmirəm, pulumu kassada saxlamaq istəyirəm»
Ekspertin sözlərinə görə, qanunvericiliyə görə, banklardakı əmanətlərdən fərqli olaraq sahibkarların pulları limitlə qorunur. «Yəni bankda problem olanda həmin pul itirilə bilər, bəlkə sahibkarın buna görə banka etibarı yoxdur?! Çünki indiyədək bağlanan banklarda sahibkarların külli miqdarda pulları batıb və həmin pulu bankdan çıxarıb kassada saxlama istəyi başa düşüləndir. Ona görə də vergi ödəyicisi də narahatdır ki, pulunu bankdan çəkir, deyir ki, gətirib özümdə kassamda saxlayacam. Lazım olanda yenidən ödəmə lazım olanda, gətirib bank hesabıma mədaxil edirəm, oradan ödəniş edirəm. Bank buna mane ola bilməz».
«Banklara qeyri-rəsmi göstəriş verilib»
Ekspertin sözlərinə görə, qanunvericiliyin tələbləri aydın olsa da, bununla bağlı banklara qeyri-rəsmi olaraq tövsiyə və tapşırıq verilib: «Tapşırıq verilib ki, dövlət qurumlarından köçürülən pulları vergi ödəyicisi nağdlaşdıra bilməz».
Anar Bayramov sahibkarların bank hesablarından vəsaitlərini qanuni və problemsiz çıxarması üçün alternativ variant təklif edir, bu – sahibkarın özünə dividend ödənişi etməsidir.
Sahibkara çıxış yolu – dividend elan edib, pulu çıxarırsan
«Sahibkar, böyük ehtimal ki, həmin şirkət mikro sahibkardır, həmin vəsaiti dividend kimi elan edib rəsmi qaydada götürməklə öz hesabına köçürə bilər. Əgər ödəyici mikro sahibkardırsa, yəni dövriyyəsi 200 min manatdan azdırsa, ƏDV ödəyicisi deyilsə, onun dividendə görə 5% vergi öhdəliyi də yaramır, pulu nağdısz qaydada öz hesabına köçürüb ordan istifadə edə bilər».
Doğrudur, qanun vericiliyə əsasən dividend gəlirlərini illik və ya yarım illik çıxarmaq olar. Amma ekspertin sözlərinə görə, Mülki Məcəllə fərqli variantlara da imkan verir:
«Dividendlə bağlı vəziyyət belədir, mülkü məcəllədə nəzərdə tutulur ki, dividend maliyyə ilinin nəticələrinə görə ödənilir. Məsələn, əgər keçən ilin maliyyə ilinin nəticələri onun üçün imkan yaradırsa, tutaq ki, 2024-cü ilin maliyyə ilinin nəticələrinə görə vergi ödəyicisinin 30 min xalis mənfəəti qalıb, onda sahibkar həmin 30 min mənfəəti çıxarıb bölüşdürə bilər».
İlin sonunu gözləmədən də dividend çıxarmaq olar
Doğrudur, qanunvericilik tələb edir ki, xalis mənfətin bölüşdürülməsi, yəni dividendin ödənilməsi maliyyə ilinin nəticələrinə görə baş verir, yəni ilin sonunu gözləmək lazımdır. Amma Mülkü Məcəllədə nəzərdə tutulur ki, vergi ödəyicisi aralıq - rublik, yarım illik dividendlər də ödəyə bilər və praktikada da bunu eləmək mümkündür.
«Əgər vergi ödəyicisi özü proqnozlaşdırır ki, mən ən az bu qədər xalis mənfəət əldə edəcəm, yəni rezervini saxlayır və ehtimal edir ki, bundan sonraki fəaliyyətində ciddi xərclər olmayacaq, zərərə çıxmayacaq, onu elan edə bilər. Yəni, bu ilə bağlı hər hansı bir məhdudiyyət də nəzərdə tutulmur»-deyə Anar Bayramov bildirir.