“Xalq Bank” və “Xalq Sığorta” ASC-lərin səhmlərinin 50%-nə nəzarət edən “İdeal Biznes Ko.” MMC nizamnamə kapitalını azaltdığını elan edib.
Eləcə də bax: “Ataholdinq” nizamnamə kapitalını - 2 DƏFƏ AZALDIR
FED.az bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Bununla belə, şirkətin kapitalının hazırda nə qədər olması və nə qədər azaldılacağı açıqlanmayıb. Yalnız o bildirilib ki, “Euro Standard”ın kreditorları “PAŞA Holdinq” MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına müraciət edə bilərlər.
Xatırladaq ki, bundan əvvəl adı çəkilən maliyyə qurumlarının digər səhmdarı - “Euro Standard” MMC də nizamnamə kapitalını azaltmışdı.