İyulun 3-də «Səba» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki , yığıncağın vaxtı istirahət və iş günləriinn yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dəyişdirilib.
Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında keçiriləcək iclasda cəmiyyətin İdarə Heyətinin təklifinə və Direktorlar Şurasının qərarına əsasən əlavə məsələ daxil edilib. Belə ki, yığıncaqda bu məsələlərə baxılacaq:
1. "Səba" ASC-nin 2022-ci il üzrə illik (maliyyə) hesabatları barədə.
2. "Səba"ASC-yə kredit xəttinin açılması üçün banka müraciət edilməsi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür