Rusiyanın “MSP Bank”ı Moskva birjasında kiçik və orta sahibkarlıq subyektlərinə verdiyi kredit portfeli ilə təmin olunmuş xüsusi istiqarazlar yerləşdirib.
Rusiya mətbuatı xəbər verir ki, bu, qiymətli kağızlar buraxmaqla müəyyən aktivlərin maliyyələşdirilməsi mexanizmi sayılır və ölkədə ilk təcrübədir.
“Bank olaraq biznesin maliyyələşdirilməsi üçün fond bazarından vəsait əldə etmək məqsədi ilə yeni imkanlar yaratdıq. Bu yolla azı 10 mlrd. rubl vəsait edəcəyimizi planlaşdırırıq”,- deyə "PSP Bank" bəyan edib.
Hələlik isə Bankın dövriyyəyə buraxdığı istiqrazların ümumi dəyəri 7 mlrd. rubl, onların illik faiz dərəcəsi isə 9,1%-dir. Qiymətli kağızlar Dünya Bankının məsləhəti ilə satışa çıxarılıb.
Eləcə də bax: 40 dolları 10 milyon dollara çevirənlər – BİR BANKİR BÜTÖV ŞƏHƏRİ NECƏ MİLYONÇU ETDİ?
© Report