Biznes tarixi ağıllı ideya və qiymətli kağızlar hesabına varlananların əhvalatları ilə doludur. Amma bütöv bir şəhərin bir ideya ilə milyonçuya çevrilməsi tarixdə nadir hadisələrdəndir. FED.az BİZNES TARİXİ belə əhvalatlardan biri, ABŞ-ın Kuinsi şəhərinin parlama tarixçəsini təqdim edir.
Bu əhvalat 1920−1930-cu illərdə ABŞ-ın Florida ştatının Kuinsi şəhərində baş verib. Bu şəhərdən olan bankir Pet Manrou fikir verir ki, hətta Böyük Depressiya illərində də kasıblamış əhali özlərinin sonuncu pullarını da verib bir stəkan da olsa «Coca-Cola» içirlər.
Eyni zamanda maraqlananda məlum olur ki, «Coca-Cola» şirkətinin gəlirlilik göstəriciləri yaxşıdır, bazar qiyməti isə çox aşağı. Çünki biznesin qiyməti şirkətin bank hesabından da aşağı idi. Bu qeyri-bərabərliyi görən bankir «mister Pet» (ətrafı onu belə adlandırırdı) bütün tanışlarına «Coca-Cola» səhmlərini almağı məsləhət görür. Bankir hətta adamları buna həvəsləndirmək üçün səhm almaq istəyənlərə kredit də verməyə başlayır. Həmin vaxt birjaya çıxanda «Coca-Cola»nın bir səhminin qiyməti 40 dollar idi.
Amma nədənsə tezliklə səhmlər iki dəfə ucuzlaşdı. Həmin vaxt şirkətin şəkər istehsalçıları və butulka göndərənlərlə konflikti vardı. Nəticədə Coca-Colanın səhmləri 19 dollara düşdü. Bəziləri bunu görüb səhmləri almaqdan çəkinməyə başladılar. Amma Pet Manrou səhmləri almaqda davam edir, üstəlik yaxın ətrafına da bunu etməyi məsləhət görürdü. Bankirin diqqətli olması, işgüzar vərdişləri və inandırman bacarını nəinki Kuinsi şəhərinin sakinlfərinin həyatını dəyişdi, ümumiyyətlə, şəhəri Böyük Depressiyanın çətinliklərindən qorudu.
Eləcə də bax: Savadsız və təcrübəsiz birinin - QURDUĞU ŞİRKƏT
Belə ki, ölkədə iqtisadi vəziyyətin necə olmasından asılı olmayaraq Coca-Colanın satışları artır, gəlirləri çoxalır, səhm sahibləri isə öz dividentlərini almaqda davam edirdilər.
«Coca-Cola»nın aksiyaları şəhər sakinlərini bundan sonrakı böhranlarda da qorudu. Məhsuldar olmayan illərdə sakinlər dividend kimi aldıqları pulları xərcləyirdilər. İqtisadiyyat çökəndə isə «Coca-Cola»dan gələn pullar insanların öz evlərini saxlamağa imkan verdi. Gəlirli illərdə isə sakinlər daha çox səhm alırdılar. Və bu davranış nəticələrini verdi. Həmin vaxtlar Kuinsi şəhəri aadmmbaşına düşən gəlirin həcminə görə, ABŞ-ın ən varlı şəhərinə çevrildi. Burada 67 nəfər «Coca-Cola-milyonçusu» yarandı: onlar böyük kapitala sahib oldular və sonradan bu kapitalı öz nəfərələri və övladlarına ötürdülər.
«Coca-Cola» səhmlərinin şəhərə necə gəlir gətirdiyini və sakinləri necə «xoşbəxt» etdiyini sadə hesablama da sübut edir. Belə ki, 1919-cu ildə cəmi 40 dollara alınmış bir səhm təkrar investisiya edilməklə 2013-cü ildə 10 milyon dollara bərabər idi. Bu aksiyanın sahibi il ərzində 270 min dollar, hər rüb 67,5 min dollar dividend ala bilir. Özü də söhbət yalnız bir səhmdər gedir. Həmin vaxt – təxminən 100 il bundan əvvəl 1900-4000 dollar xərcləyərək bir deyil 100 səhm alanlar isə indi milyard dollar sahibləridir.
Buna ən parlaq misal «Sun Trust Bank»dır. Hesabata görə, bank uzaq 1919-cu ildə «Coca-Cola»nın 100 min dollarlıq səhmini alıb. On illərlə bu səhmlər bankda saxlanılıb və indiki günlərdə milyard dollarlıq aktivlərə çevrilərək banka hər il 10 milyonlarla dollar gəlir gətirib.
Kuinsi şəhəri və Peta Manrounun tarixçəsi – maraqlı olduğu qədər də ibrətamiz əhvalatdır. Bu tarixçədə insanlar fond bazarındakı proseslərə fikir verməyərək iki göstəriciyə diqqət yetiriblər – şirkətin mənfəəti və dividendlərin həcmi. Və bu üsul necə deyərlər «işləyib», özünü doğruldub.