28 iyun 2024-cü il saat 11:00da "Akkord Mingəçevir Maşınqayırma Zavodu" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Mingəçevir şəhəri, Gəncə şossesi 3 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələ daxil edilib:.
Akkord Mingəçevir Maşınqayırma Zavodu ASC-nin 2023-cü il üçün maliyyə hesabatının müzakirəsi və təsdiqi.