30 Yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100573S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 660 milyon 80 min 500 manat olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 milyon manat təşkil edib.
Notların ödəmə tarixi 27.02.2019.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.