Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar geriləyərək 66,14 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,74 dollar ucuzlaşaraq 60,44 dollar təşkil edib.