“Brent” markalı neftin qiyməti 2014-cü il noyabrın 26-dan bəri ilk dəfə bu gün 78 dolları keçib.
FED.az xəbər verir ki, “Brent” markalı neftin iyul ayı fyuçerslərinin qiyməti 1,22% artaraq 78,06 dollara yüksəlib.
WTI markalı xam neftin iyun fyuçerslərinin qiyməti isə 0,58% artaraq 71,11 dollar təşkil edib.