Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrdan etibarən müxtəlif çeşid və müddətlərdə açıq bazar əməliyyatlarına başlayır.
FED.az xəbər verir ki, AMB-nin məlumatına görə, bunldardan biri də qısamüddətli notlarla hərracların keçirilməsidir.
Artıq gələn həftədən - 2022-ci ilin oktyabr ayının 3-dən başlayaraq öncədən açıqlanan qrafik əsasında davamlı olaraq Mərkəzi Bankın 1, 3, 6, 9 aylıq qısamüddətli notlarının yerləşdirilməsi və zərurət yarandıqda 1 həftəlik REPO və əks-REPO əməliyyatları üzrə hərracların təşkili nəzərdə tutulur.
Qrafik üzrə həftədə 4 hərrac olmaqla 1 və 3 aylıq not hərracları həftənin çərşənbə günü, 6 və 9 aylıq not hərracları isə cümə axşamı günü saat 11:00-11:30 intervalında keçiriləcəkdir. Not hərracları sabit həcmli bazar faizləri əsasında həyata keçiriləcəkdir.
Notlarla aparılan əməliyyatlar həm təminatlı, həm də təminatsız banklararası pul bazarlarında faizlərin effektiv idarə edilməsinə imkan verəcək və qısamüddətli gəlirlilik əyrisinin formalaşmasını dəstəkləyəcəkdir.
Hərraclarda təklifin həcmi pul bazarındakı vəziyyətdən və bank sisteminin likvidlik mövqeyinə dair qısamüddətli proqnozlardan asılı olaraq çevik tənzimlənəcəkdir.
Hərracların parametrləri barədə bazar iştirakçılarına qabaqcadan məlumatlar veriləcəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.