Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 2 illik müddətə buraxılan istiqrazları üzrə hərrac başa çatıb. FED.az xəbər verir ki, əvvəlki hərraclardan fərqli olaraq bu dəfə nazirliyin istiqrazlarına olduqca yüksək tələbat qeydə alınıb.
Belə ki, BFB-nin məlumatına görə, Nazirliyin AZ0105004755 ISIN kodlu, tədavül müddəti 728 gün olan 20 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərracda investorlar tərəfindən ümumi məbləği 64,5 milyon manat sifariş təqdim edilib. Maliyyə Nazirliyi tərəfindən 20 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.9128 (gəlirlilik 7,5 faiz) səviyyəsində müəyyən olunub. İstiqrazların ödəmə müddəti 2021-ci il martın 2-sidir.
Başqa sözlə, istiqrazlara tələbat onların hərraca çıxarılan həcmini 3 dəfədən də artıq üstələyib.
Maraqlıdır ki, Maliyyə Nazirliyinin bir illik istiqrazlarından fərqli olaraq investorlar iki illik istiqrazlara bir qədər ehtiyatla yanaşırdılar. Yalnız bu ilin əvvəlindən həmin kağızlara real maraq artmağa başlayıb. Ötən ilin axırlarında isə həmin kağızlara sifarişlər bəzən təklifdən də aşağı olurdu.
Belə ki, bu il fevralın 12-də keçirilən hərracda 2 illik istiqrazların 20 milyon manatlıq bazar təklifinə qarşı 43,6 milyon tələb manat olmuşdu.
2018-ci il dekabrın 11-də keçirilən hərracda 2 illik istiqrazların 30 milyon manatlıq bazar təklifinə qarşı 18,8 milyon manat tələb olmuşdu.
2018-ci il noyabrın 13-də keçirilən hərracda 2 illik istiqrazların 30 milyon manatlıq bazar təklifinə qarşı 28,3 milyon manat tələb olmuşdu.
2018-ci il oktyabın 9-da keçirilən hərracda 2 illik istiqrazların 30 milyon manatlıq bazar təklifinə qarşı 43,8 milyon manat tələb olmuşdu.
2018-ci il avqustun 14-də keçirilən hərracda 2 illik istiqrazların 30 milyon manatlıq bazar təklifinə qarşı 46,5 milyon manat tələb olmuşdu.
Maliyyə Nazirliyinin istiqrazlarına gözlənilməz – YÜKSƏK TƏLƏB
14:54
6 Mart 2019