30 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kredaqro” MMC-nin tədavül müddəti 18 ay olan AZ2002009168 dövlət qeydiyyat nömrəli, 500 000 manat həcmində, faizli, təmin edilmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjadan FED.az-a daxil olmuş məlumata görə, hərrac zamanı 11 investor tərəfindən 11 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 000 manat, nominal qiymətlə yerləşdirilmiş həcmi də 500 000 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 29.02.2024-cü ildir.
İstiqrazın illik faiz dərəcəsi 11%-dir, faiz ödənişləri isə hər 90 gündə bir dəfə olmaqla investorlara ödəniləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.