Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,34 dollar və ya 0,63% azalaraq 53,35 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,26 dollar və ya 0,42% azalaraq 61,38 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.