Dünya birjalarında neftin qiyməti azalıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,05 dollar və ya 0,09% azalaraq 55,21 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,05 dollar və ya 0,08% azalaraq 62,70 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.