Dünya birjalarında neftin qiyməti azalıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,14 dollar və ya 0,26% azalaraq 53,87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,21 dollar və ya 0,33% azalaraq 62,48 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Dünya birjalarında neft ucuzlaşıb - QİYMƏT
09:16
7 Fev 2019