Dünya birjalarında neftin qiyməti artıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,19 dollar və ya 0,33% artaraq 57,07 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,32 dollar və ya 0,48% artaraq 66,80 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.