Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,47 dollar və ya 2,73% artaraq 55,26 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,91 dollar və ya 3,14% artaraq 62,75 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Dünya birjalarında neft bahalaşıb - QİYMƏT

10:11
2 Fev 2019