Dünya birjalarında neftin qiyməti artıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,24 dollar və ya 0,42% artaraq 57,11 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,16 dollar və ya 0,24% artaraq 66,83 dollar təşkil edib.