26 fevral 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106003756 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98.1897 AZN (9.7100%) və 101.5624 AZN (8.4000%) olan 7 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100 AZN (9.0000%), orta ölçülmüş qiyməti 100.0776 AZN (8.9699%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 milyon 18 min 800 AZN yerləşdirilmiş həcmi isə 15 milyon AZN təşkil edilib.
İstiqrazların ödəmə tarixi 22.02.2022-ci ildir.
Hərrac iştirakçıları 27 fevral 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.