Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim etdiyi məlumatlara görə 2018-ci ildə ölkədə 16 milyard 247,7 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.
FED.az xəbər verir ki, qiymətli kağızlar bazarının ümumi emissiyasının 6,9 faizini səhmlər, 79,1 faizini Mərkəzi Bankın notları, 7,2 faizini dövlət istiqrazları, 6,8 faizini isə korporativ istiqrazlar təşkil edib.
Bu dövr ərzində 647,7 milyon manatlıq səhmlər, Mərkəzi Bankın 12 milyard 208,3 milyon manatlıq notları, 872,8 milyon manatlıq dövlət istiqrazları və 679,2 milyon manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.
2018-ci ildə nominal dəyəri 591,7 milyon manat olan korporativ istiqrazlar, 277,4 milyon manatlıq səhmlər,224,9 milyon manatlıq dövlət istiqrazları və 34,6 milyon manatlıq Mərkəzi Bankın notları tədavüldə olub.
Ötən il 1 milyard 178 milyon manatlıq dövlət istiqrazları emissiya edilib. Bu, 2017-ci illə müqayisədə 31% çoxdur.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.