FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
| Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
| Qiymətli kağızın ISIN kodu | AZ0106003756 |
| Emissiya həcmi | 15 000 000 AZN |
| Nominal dəyəri | 100 AZN |
| İstiqrazların tədavül müddəti | 1092 gün |
| Faiz ödənişləri (olduqda) | 27 avqust 2019-cu il, 25 fevral 2020-ci il, 25 avqust 2020-ci il, 23 fevral 2021-ci il, 24 avqust 2021-ci il, 22 fevral 2022-ci il |
| Faiz gəliri | 9 % |
| Ödəmə tarixi | 22.02.2021 |
| Anderrayter | Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.













