12 fevral 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002759 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.2062 AZN (9.0000%) və 100.3638 AZN (7.8000%) olan 10 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0181 AZN (7.99%), orta ölçülmüş qiyməti 100.0442 AZN (7.9756%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43 milyon 610 min 400 manat yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 09.02.2021-ci il.
Hərrac iştirakçıları 13 fevral 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.