Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracında keçirilib.
AMB-dən FED.az-a verilən məlumata görə, AMB depozit hərracında 350 mln. manat cəlb edib.
Keçirilən növbəti depozit hərracında tələb 985,3 mln. manat olub ki, bununla da tələb təklifi 2,8 dəfə üstələyib.
Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil edib.