Dünyanın kriptovalyuta bazarında canlanma başlayıb. FED.az xəbər verir ki, ötən gün bazar tutumuna görə, ən byöük 100 kriptovalyutadan 92-də qiymət artımı, yalnız 8-də enmə baş verib. Ən çox bahalaşma «Bitcoin Gold» və «Enjin Coin»də müşahidə olunub – 19-20%. Ümumiyyətlə 11 kriptovalyutanın qiymətində artım 10%-dən yüksək olub.
Əsas kriptovalyuta sayılan bitkoin isə 3,1% bahalaşaraq 3,88 min dollara yüksəlib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.