Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 926 172 milyon manat təşkil edib.
FED.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 6% azdır.
Əvəzində son bir ildə bağlanmış əqdlərin sayı isə 13% artaraq 10 340-a çatıb.
BFB-nin dövriyyəsinin 74%-i və yaxud 1 425,016 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu illik müqayisədə 39,3% azdır.
Hesabat dövründə səhm bazarı üzrə əqdlərin 14 dəfə artaraq 322 min manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri təxminən 91% artaraq 49,823 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 3,1 dəfə artaraq 37,328 milyon manat, törəmə maliyyə alətləri üzrə əqdlərin dəyəri isə 57,22% azalaraq 413,684 milyon manat olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.