Bakı Fond Birjasında 2023-cü ilin yanvar-avqust ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12 milyard 929 milyon 432 min manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artım qeydə alınmışdır.
"Birjada məsləhət tam ödənişsizdir, şirkətlər üçün daha aşağı faizlə borclanmaq imkanı var"- MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə Birjanın yaydığı məlumatda bildirilir.
Azərbaycanda istiqraz bazarını «partladacaq» yenilik – 60%-LİK DÖVLƏT ZƏMANƏTİ BAŞLAYIR
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 28%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 72% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 110% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınmışdır.
2023-cü ilin avqust ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4 milyard 944 milyon 573 min manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 21% böyümə qeydə alınmışdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.