02 sentyabr 2024-cü il saat 10:00–da “European Tobacco-Baku” ASC (9900001341) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yusif Çəmənzəmənli 108, ünvanında baş tutacaq.
Xatırladaq ki, şirkət 23 avqust 2001-ci ildə yaradılıb, şirkət 44 milyon 635 min 220 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Zaur Səfərov Məhəmməd oğludur.
Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi 21 nömrəli ünvanda yerləşir.