Azərbaycanda 8 aylıq fasilədən sonra Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edib.
Bakı Fond Birjasının dövriyyəsi - 13 MİLYARD MANAT AZALIB
Bu barədə FED.az-a nazirlikdən bildirilib.
Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə, 7,24 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.














